"Report" xəbər verir ki, Niiqata prefekturasında qarın hündürlüyü 160 santimetrə çatıb.
Hokkaydo adasında isə ötən sutka ərzində 90 sm hündürlüyündə yağıntı düşüb. Təbii hadisə səbəbindən 150 qatarın hərəkəti dayandırılıb, onlarla aviareys təxirə salınıb. Minə yaxın məktəb və uşaq bağçası fəaliyyətini dayandırıb. Uçqun və subasma təhlükəsi səbəbindən sahilboyu rayonların 240 sakini təxliyə edilib, mindən artıq insana isə evlərini tərk etmələri tövsiyə edilib. Hökumət qalan əhaliyə zərurət olmadan evdən çıxmamağı məsləhət görür.