Yuxarı

Yaponiya qaçqın böhranının həllinə dəstək məqsədilə Serbiyaya 4,5 milyon dollar yardım ayırıb

Bu ilin əvvəlindən etibarən 60 min miqrant Serbiyanın ərazisindən keçib

Bakı. 4 fevral. REPORT.AZ/ Yaponiya qaçqın böhranının həllinə dəstək məqsədilə Serbiyaya 4,5 milyon ABŞ dolları həcmində yardım ayırıb. Bu barədə Yaponiyanın Serbiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yardımın bir hissəsi Serbiyadakı miqrant qəbulu mərkəzlərinin şəraitinin yaxşılaşdırılması, eyni zamanda, səhiyyə müəssisələrinin işinə dəstək olmaq məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının layihələrinin həyata keçirilməsinə ayrılacaq. Vəsaitin digər qismi isə Serbiyanın sərhəd ərazilərində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatına, miqrant böhranından əziyyət çəkən bölgələrə yardım göstərilməsi məqsədilə BMT-nin İnkişaf Proqramına, qaçqın uşaq və qadınlara yardım üçün müxtəlif təşəbbüslər irəli sürən UNICEF-ə bağışlanacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən 60 min miqrant Serbiyanın ərazisindən keçib. Onlardan 600 nəfəri qeydiyyata düşmək üçün müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi