Yaponiya "Omikron" ştamı ilə əlaqədar yeni vizaların verilməsini dayandırır

Yaponiya "Omikron" ştamı ilə əlaqədar yeni vizaların verilməsini dayandırır Yaponiya əcnəbi biznesmen və tələbələrin ölkəyə girişi üçün 1 aydan daha az müddətə davam edən yumşalmanı noyabrın 30-da ləğv edəcək və bütün ölkələrin vətəndaşlarına yeni vizaların verilməsini dayandıracaq.
Digər ölkələr
29 Noyabr , 2021 10:25
Yaponiya Omikron ştamı ilə əlaqədar yeni vizaların verilməsini dayandırır

Yaponiya əcnəbi biznesmen və tələbələrin ölkəyə girişi üçün 1 aydan daha az müddətə davam edən yumşalmanı noyabrın 30-da ləğv edəcək və bütün ölkələrin vətəndaşlarına yeni vizaların verilməsini dayandıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Fumio Kisida jurnalistlərə deyib.

O bildirib ki, müvəqqəti məhdudiyyətlər yeni "Omikron" ştamı ilə bağlı vəziyyət aydınlaşanadək qüvvədə olacaq.

Xatırladaq ki, ölkəyə gələn şəxslərlə bağlı məhdudiyyətlər noyabrın 8-də yumşaldılmışdı.

Son xəbərlər

Orphus sistemi