Yaponiya səyahət məhdudiyyətlərini aradan qaldırır

Yaponiya səyahət məhdudiyyətlərini aradan qaldırır Yaponiya hökuməti paytaxt Tokioda koronavirusa yoluxma sayının artmasına baxmayaraq, əvvəlcədən müəyyənləşdirilən cədvələ uyğun şəkildə iyunun 19-dan prefekturalar arasında gediş-gəlişin məhdudlaşdırılması üzrə tövsiyələri ləğv etmək niyyətindədir.
Digər ölkələr
15 İyun , 2020 10:51
Yaponiya səyahət məhdudiyyətlərini aradan qaldırır

Yaponiya hökuməti paytaxt Tokioda koronavirusa yoluxma sayının artmasına baxmayaraq, əvvəlcədən müəyyənləşdirilən cədvələ uyğun şəkildə iyunun 19-dan prefekturalar arasında gediş-gəlişin məhdudlaşdırılması üzrə tövsiyələri ləğv etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa bildirib.

“İnfeksiya yayılmasının qarşısının alınması və sosial-iqtisadi fəaliyyətin yenidən bərpa edilməsi üzrə tədbirləri birləşdirmək üçün, Tokio da daxil olmaqla, regional hökumət orqanları ilə sıx əməkdaşlığa davam etdirəcəyik”, - Baş katib deyib.

Xatırladaq ki, hökumət apreldə ölkə üzrə səyahətlərin məhdudlaşdırılmasını tövsiyə etmişdi. Mayın 14-də isə hökumət demək olar bütün ölkə üzrə - 47 prefekturadan 39-da karantin rejiminin ləğv edildiyini elan edib.

Son məlumatlara görə, Yaponiya ərazisində yoluxanların (“Diamond Princess” kruiz gəmisinin ekipajı da daxil olmaqla) ümumi sayı 18,2 mini keçib, 920-dən çox adam virusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi