Yaponiya koronavirusun dərmanı üçün 800 milyon ABŞ dolları ayırdı

Yaponiya koronavirusun dərmanı üçün 800 milyon ABŞ dolları ayırdı Yaponiyanın baş naziri Sindzo Abe koronavirusun dərmanı və vaksinin hazırlanılması üçün milyonlarla ABŞ dollarının ayrılacağını bildirib.
Digər ölkələr
5 May , 2020 06:14
Yaponiya koronavirusun dərmanı üçün 800 milyon ABŞ dolları ayırdı

Yaponiyanın baş naziri Sindzo Abe koronavirusun dərmanı və vaksinin hazırlanılması üçün milyonlarla ABŞ dollarının ayrılacağını bildirib.

“Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

"Yeni koronavirusa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq lazımdır. Vəziyyəti dəyişdirmək üçün ən yaxın perspektivdə dərmanın, orta müddət üçün vaksinlərin hazırlanılması birinci dərəcəli vəzifədir", - Yaponiya hökumətinin başçısı vurğulayıb.

Bu məqsəd üçün ayrılacaq 800 milyon ABŞ dollarından təxminən 234 milyonu xüsusi halda, Epidemiyalara Hazırlığın Təminatı sahəsində İnnovasiyalar üzrə Koalisiyaya xərclənəcək.

Abe beynəlxalq ictimaiyyəti "birləşməyə və bu böhranın öhdəsindən gəlməyə" çağırıb.

"Yoluxucu xəstəliklər üçün sərhədlər mövcud deyil", - o xatırladıb.

Yaponiyada koronavirusa yoluxanların sayı təxminən 16 min nəfərə çatıb, təxminən 570 insan ölüb. Ölkədə 5,1 mindən çox insan tamamilə sağalıb və xəstəxanalardan buraxılıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi