Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib

Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib Yaponiyada COVID-19-a yoluxma halları virusun delta ştamının özünü məhv etməsindən sonra azalıb.
Digər ölkələr
21 Noyabr , 2021 13:45
Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib

Yaponiyada COVID-19-a yoluxma halları virusun delta ştamının özünü məhv etməsindən sonra azalıb.

"Report" xəbər verir ki, bunu Milli Genetika İnstitutunun professoru İturo İnoue "Japan Times" qəzetinə müsahibəsində deyib.

O, koronavirusun delta ştamının daimi mutasiyalar səbəbindən yoxa çıxdığını irəli sürüb.

Bundan əlavə, Yaponiyada yüksək peyvəndləmə və infeksiyadan qorunmaq üçün tədbirlərə riayət edilməsi səbəbindən yoluxma halları azalıb.

Ölkədə üç ay ərzində yoluxmaların sayı 26 minə çatsa da, bu gün yoluxma 200-i keçmir.

Son xəbərlər

Orphus sistemi