Bakı. 9 Avqust. REPORT.AZ/ Yaponiyanın 80 yaşlı imperatriçəsi Mitiko ürəyindən şikayət etdiyi üçün xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə imperator sarayının işlər idarəsi məlumat yayıb.
Ürəyində işemiya xəstəliyinin olduğu güman edilən imperator xanımı Tokio Dövlət Universiteti xəstəxanasında tam tibbi müayindən keçəcək.
Analizlərin nəticələrindən sonra Mitikonun səhhəti barədə məlumat veriləcək.