Yaponiya ilə Çin arasında təcili əlaqə xətti qurulacaq.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bununla bağlı Yaponiya müdafiə naziri Kişi Nobuo ilə çinli həmkarı Vey Fınghı arasında razılıq əldə olunub.
Tərəflər müzakirə zamanı bunun məqsədəuyğun olduğunu bildiriblər.
Çinlə münasibətlərdə problemlərin mövcudluğunu vurğulayan K.Nobuo bildirib ki, dürüst əlaqələr qurmağa və bunu qorumağa ehtiyac var.
O, bununla da qarşılıqlı anlayışın və inamın təmin edilə biləcəyini qeyd edib.