Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinin reytinqi hakim Liberal Demokratik Partiyasında (LDP) siyasi ianələrin toplanması zamanı maliyyə hesabatlarının pozulması ilə bağlı qalmaqal fonunda rekord həddə - 17,1 faizə düşüb.
“Report” xəbər verir ki, bunu “Jiji” agentliyinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Bildirilib ki, bu LDP üçün 2012-ci ildən bəri ən aşağı göstəricidir.
Sorğuda iştirak edənlərin 58,2 faizi hökuməti dəstəkləməyib. Hakim LDP-ni 18,3 faiz respondent dəstəkləyib. Eyni zamanda, Konstitusiya Demokratik Partiyası ən populyar müxalifət partiyası olub.
Qeyd edilib ki, sorğu dekabrın 8-dən 11-dək aparılıb. Qalmaqalın yeni təfərrüatları dekabrın 12-də ortaya çıxıb.