Yaponiya Hindistanla silah təchizatı məsələsində razılıq əldə edib

Yaponiya Hindistanla silah təchizatı məsələsində razılıq əldə edib Sənəd eyni zamanda Yaponiyaya US-2 amfibiya-təyyarələrinin Hindistana göndərilməsi ilə bağlı danışıqları sürətləndirməyə imkan verir
Digər ölkələr
12 Dekabr , 2015 15:12
Yaponiya Hindistanla silah təchizatı məsələsində razılıq əldə edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Yaponiya və Hindistan müdafiə məqsədli silah ticarəti, eləcə də hərbi texnologiyalarla bağlı məlumatların qorunmasını birgə təmin etmək barədə saziş imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Yaponiyanın baş naziri Sindzo Abe və onun hindistanlı həmkarı Narendra Modi arasında Nyu Dehlidə aparılan danışıqların yekununda qəbul olunub.

Sənəd eyni zamanda Yaponiyaya US-2 amfibiya-təyyarələrinin Hindistana göndərilməsi ilə bağlı danışıqları sürətləndirməyə imkan verir. Razılaşma həmçinin silah nümunələrinin taktiki-texniki xarakteristikaları ilə bağlı məxfi məlumatların qorunmasına sərt nəzarətin olmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi