Yaponiya G20-lərin XİN rəhbərlərinin görüşünə 9 ölkəni dəvət edəcək

Yaponiya G20-lərin XİN rəhbərlərinin görüşünə 9 ölkəni dəvət edəcək Yaponiya hökuməti G20 xarici işlər nazirlərinin Naqoya şəhərində noyabrın 22-dən 23-ə qədər keçiriləcək görüşünə daha 9 dövlətin nümayəndələrini qonaq qismində dəvət edəcək.
Digər ölkələr
4 Oktyabr , 2019 08:15
Yaponiya G20-lərin XİN rəhbərlərinin görüşünə 9 ölkəni dəvət edəcək

Yaponiya hökuməti G20 xarici işlər nazirlərinin Naqoya şəhərində noyabrın 22-dən 23-ə qədər keçiriləcək görüşünə daha 9 dövlətin nümayəndələrini qonaq qismində dəvət edəcək.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yaponiyanın xarici siyasət idarəsinin xəbərində bildirilir ki, iclasa Vyetnam, Misir, İspaniya, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur, Tailand və Çili dəvət ediləcək.

Bu il Yaponiya "iyirmiliy"ə sədrlik edir. G20 sammiti 28-29 iyunda Osakada keçirilib və ölkənin ərazisində bu qəbildən birinci forum olub.

Son xəbərlər

Orphus sistemi