Yaponiya əcnəbilərin Hindistan, Nepal və Pakistandan ölkəyə girişini qadağan edib

Yaponiya əcnəbilərin Hindistan, Nepal və Pakistandan ölkəyə girişini qadağan edib Müvafiq qərar mayın 14-də qüvvəyə minə bilər
Digər ölkələr
118
12 May , 2021 17:25
Yaponiya əcnəbilərin Hindistan, Nepal və Pakistandan ölkəyə girişini qadağan edib

Yaponiya hökuməti bölgədə koronavirusun sürətlə yayılması ilə əlaqədar olaraq Hindistan, NepalPakistandan əcnəbilərin, o cümlədən uzunmüddətli viza sahiblərinin ölkəyə girişini tamamilə qadağan etmək qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qadağa Yaponiyaya getməzdən əvvəl 2 həftə ərzində qeyd olunan ölkələrdən birini ziyarət etmiş əcnəbiləri əhatə edəcək.

Müvafiq qərar mayın 14-də qüvvəyə minə bilər.

Aprelin sonundan etibarən Hindistanda koronavirusa yoluxma hallarında güclü artım olub.

Ötən gün ərzində Hindistanda 348 421 yeni yoluxma faktı qeydə alınıb, pandemiya dövründə yoluxanların ümumi sayı 23 340 938-ə çatıb.

Hindistanda ötən sutka ərzində koronavirusdan 4 205 nəfər həyatını itirib. Ölənlərin ümumi sayı 254 197-yə yüksəlib.

Son xəbərlər

Orphus sistemi