Yaponiya COVID-19 səbəbi ilə qadağa siyahısını genişləndirib

Yaponiya COVID-19 səbəbi ilə qadağa siyahısını genişləndirib Yaponiya hökuməti koronavirus pandemiyası fonunda vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulan ölkələrin siyahısını yenə artırıb və ora daha 18 dövlət əlavə edib.
Digər ölkələr
29 İyun , 2020 14:58
Yaponiya COVID-19 səbəbi ilə qadağa siyahısını genişləndirib

Yaponiya hökuməti koronavirus pandemiyası fonunda vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulan ölkələrin siyahısını yenə artırıb və ora daha 18 dövlət əlavə edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ilkin siyahıya Gürcüstan, Əlcəzair, Kuba, Kamerun və digərləri əlavə edilib.

Ölkələrin və ərazilərin tam siyahısı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.

Bu ayın əvvəlində Yaponiya Xarici İşlər Nazirliyi bu 18 ölkəyə “səyahət təhlükəsi” səviyyəsini üçüncü səviyyəyə qaldırıb, başqa sözlə, bu bölgələrə səfərlərə qətiyyən icazə yoxdur.

Xatırladaq ki, may ayında Yaponiya koronavirus pandemiyası səbəbindən Azərbaycan vətəndaşlarının da ölkəyə girişinə qadağa qoymuşdu.

Son xəbərlər

Orphus sistemi