Yaponiya Cənubi Koreyadakı səfirini geri çağırır

Yaponiya Cənubi Koreyadakı səfirini geri çağırır Bu addım yapon işğalı zamanı cinsi zorakılığa məruz qalmış qadınlara aid abidənin ucaldılmasına cavab olaraq atılıb
Digər ölkələr
2413
6 Yanvar , 2017 07:34
Yaponiya Cənubi Koreyadakı səfirini geri çağırır

Bakı. 6 yanvar. REPORT.AZ/ Yaponiya Cənubi Koreyanın Pusan şəhərindəki Baş Konsulluğu qarşısında XX əsrin I yarısında yapon işğalı zamanı cinsi zorakılığa məruz qalmış qadınlara aid abidənin qoyulmasına cavab tədbiri olaraq bu ölkədəki səfiri Yasumasu Naqamineni müvəqqəti geri çağırmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa məlumat verib.

"Bu kimi hərəkətlər ikitərəfli münasibətlərə arzuolunmaz təsirlər göstərir, bu qəbuledilməzdir. Biz Cənubi Koreyadakı səfirimizi müvəqqəti olaraq geri çağırmaq qərarına gəlmişik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi