Yaponiya BMT-nin nüvə əleyhinə konvensiyası üzrə danışıqlarda iştirakdan imtina edib

Yaponiya BMT-nin nüvə əleyhinə konvensiyası üzrə danışıqlarda iştirakdan imtina edib Eyni zamanda Tokio bu istiqamətdə tədbirlərin görülməsini vacib hesab edir
Digər ölkələr
28 Mart , 2017 07:56
Yaponiya BMT-nin nüvə əleyhinə konvensiyası üzrə danışıqlarda iştirakdan imtina edib

Bakı. 28 mart. REPORT.AZ/ Yaponiya BMT-nin baş qərargahında başlayan nüvə silahlarının tamamilə aradan qaldırılması və qadağan edilməsi haqqında konvensiya üzrə danışıqlarda iştirak etməyəcək.

"Report" xəbər verir ki, bunu bazar ertəsi Nyu-Yorkda Yaponiyanın silahsızlaşdırma üzrə xüsusi səfiri Nobusiqe Takamidzava deyib.

"Hazırkı vəziyyəti nəzərə alaraq, Yaponiya üçün müzakirələrdə konstruktiv iştirak etmək çətin olardı. Bununla yanaşı (nüvə silahsızlaşdırılması üzrə – qeyd) səmərəli tədbirlərin görülməsi çox vacibdir və bu prosesə həm belə silaha malik olan, həm də malik olmayan ölkələr cəlb olunub", - deyə "Kyodo" agentliyi onun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi