Yaponiya Baydeni Tokio Olimpiadasına dəvət etməyi planlaşdırır

Yaponiya Baydeni Tokio Olimpiadasına dəvət etməyi planlaşdırır Yaponiyanın Baş naziri Yosihide Suqa ABŞ-a səfər edəcək
Digər ölkələr
26 Mart , 2021 08:20
Yaponiya Baydeni Tokio Olimpiadasına dəvət etməyi planlaşdırır

Yaponiyanın baş naziri Yoşihide Suqa parlamentdə keçirilən müzakirələrdə ABŞ-a gözlənilən səfəri zamanı prezident Co Baydeni Tokio Yay Olimpiya Oyunlarına dəvət etmək niyyətini açıqlayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Oyunlar üçün “Böyük Yeddilər” ölkələrinin liderlərindən aldığımız dəstəyi nəzərə alsaq, bu təbii olardı”-deyə, baş nazir bildirib.

Tokio Olimpiadası 2020-ci ilin 24 iyulundan 9 avqusta qədər keçirilməli idi, amma yarış pandemiyaya görə təxirə salınıb. Olimpiya oyunları bu il iyulun 23-dən avqustun 8-ədək keçiriləcək. Bu halda "Tokio-2020" Oyunlarının adı olduğu kimi saxlanılıb.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Yosihide Suqa ABŞ-a səfər edəcək. Səfər təxirə salınmasa Ağ Evdə Baydenlə görüşən ilk xarici lider Yaponiyanın hökumət başçısı olacaq.

Son xəbərlər

Orphus sistemi