Bakı. 22 aprel. REPORT.AZ/ Yaponiya rəsmiləri, baş nazir Şinzo Abenin ofisinin damında kiçikölçülü pilotsuz uçuş aparatı aşkarladıqdan (dron) sonra məsələ ilə bağlı təhqiqat başlanıb. "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, diametri 50 santimetr olan dronun üzərinə kamera, plastik qab və işıq cihazı yerləşdirilib.
Kiodo xəbər agentliyi bildirib ki, dronun üzərində kiçik miqyasda radiasiya qeydə alınıb. Televiziyada yayımlanan görüntüdə onlarla polis zabitinin üzərinə göy rəngli örtük salınmış dronun ətrafına toplaşdığı nümayiş etdirilib.
Dronun kim tərəfindən və ya nə məqsədlə göndərildiyi aydın deyil.
Şinzo Abe həmin vaxt İndoneziyada konfransda olub.