Yuxarı
    Bağlamaq

    Yaponiya baş nazirinin müavini Hitler haqqında dediklərinə görə üzr istəyib

    Taro Aso bildirib ki, Hitlerin motivləri ilə bağlı dediklərində yanılıb

    Bakı. 30 avqust. REPORT.AZ/ Yaponiya baş nazirinin müavini, maliyyə naziri və Nazirlər Kabinetinin başçısı Sindzo Abenin ən yaxın dostu Taro Aso Adolf Hitler haqqında söylədiyi fikirlərə görə üzr istəyib.

    "Report" xəbər verir ki, o, ötən gün tərəfdarları olan gənc siyasətçilər qarşısında mühazirə ilə çıxış edib.

    Yaponiya Maliyyə İdarəsinin rəhbəri bildirib ki, nəticə çox vacibdir:

    "Bir neçə milyon adam öldürən Hitlerin motivləri nə qədər düzgün olsa da, bu, sonda işə yaramır".

    Lakin Aso sonradan üzr istəyib və əlavə edib ki, Hitlerin motivləri ilə bağlı dediklərində yanılıb.

    "Mən bu sözləri geri götürürəm, çünki onun bir nümunə işlədilməsi uyğun deyil", - deyə Yaponiya KİV-i baş nazir müavini adından yayılan bəyanatı sitat gətirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi