Yuxarı

​Yaponiya baş nazirinin iqamətgahının mühafizəsi gücləndirilib

Baş Polis İdarəsinin rəisinə ölkənin vacib obyektlərinin hava məkanında da mühafizənin gücləndirilməsi haqda tapşırıq verilib

Bakı. 23 aprel. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda baş nazirin iqamətgahının mühafizəsi gücləndirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tokio polisi bildirib.

Paytaxtdakı hökumət binası, eləcə də imperator sarayının ətrafında, sarayın bir neçə yüz metr radiusunda əlavə mühafizə qüvvələri yerləşdirilib.

Məlumatda bildirilib ki, bu gün Yaponiyanın baş naziri Sindzo Abe Baş Polis İdarəsinin rəisi Masaxito Kanetakaya ölkənin vacib obyektlərinin hava məkanında da mühafizənin gücləndirilməsi haqda tapşırıq verib.

Xatırladaq ki, ötən gün Yaponiya baş nazirinin iqamətgahının damına 50 sm diametrində, 10 sm uzunluğunda, 4 pərli, radiasiya təhlükəsi xəbərdarlıq nişanı olan pilotsuz uçan qurğu düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi