Yaponiya baş naziri Baydenlə görüşmək üçün ABŞ-a səfər edəcək

Yaponiya baş naziri Baydenlə görüşmək üçün ABŞ-a səfər edəcək ​​​​​​​Yaponiyanın Baş naziri Yosihide Suqanın ABŞ-a səfəri planlaşdırılır
Digər ölkələr
12 Mart , 2021 08:36
Yaponiya baş naziri Baydenlə görüşmək üçün ABŞ-a səfər edəcək
Yosihide Suqa

Yaponiyanın Baş naziri Yosihide Suqanın cari ilin aprel ayının birinci yarısında ABŞ-a səfəri planlaşdırılır.

“Report”un məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində baş nazirin ABŞ prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.

Səfər təxirə salımasa Ağ Evdə Baydenlə görüşən ilk xarici lider Yaponiyanın hökumət başçısı olacaq.

Qeyd edək ki, 2009-cu ilin fevralında Yaponiyanın Baş naziri olmuş Taro Aso ABŞ-ın 44-cü prezidenti Barak Obama tərəfindən Ağ Evdə qəbul edilən ilk xarici lider olub.

ABŞ-ın 45-ci prezidenti Donald Trampın da görüşdüyü ilk xarici lider Yaponiya hökumətinin keçmiş başçısı Şinzo Abe idi. Onlar andiçmə mərasimindən əvvəl Nyu-Yorkda görüşüblər.

İngilis versiyası Japanese PM to visit US 

Son xəbərlər

Orphus sistemi