Yaponiya ABŞ-ın KXDR-ə qarşı sanksiyalarını dəstəkləyib

Yaponiya ABŞ-ın KXDR-ə qarşı sanksiyalarını dəstəkləyib Bakı. 24 fevral. REPORT.AZ/ Yaponiya ABŞ-ın KXDR-ə qarşı yeni sanksiyalarını dəstəkləyib.
Digər ölkələr
24 Fevral , 2018 06:48
Yaponiya ABŞ-ın KXDR-ə qarşı sanksiyalarını dəstəkləyib

Bakı. 24 fevral. REPORT.AZ/ Yaponiya ABŞ-ın KXDR-ə qarşı yeni sanksiyalarını dəstəkləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müşaviri Kentaro Sonouro bildirib.

"Son vaxtlar müxtəlif fəallıqlar, məsələn Olimpiya oyunlarının keçirilməsi fonunda Cənubla (Cənubi Koreya-red) Şimal (KXDR-red) arasında dialoqun başlanmasının qeydə alınmasına baxmayaraq, KXDR nüvə silahının və ballistik raketin hazırlanması işini dayandırmayıb. Biz ona qarşı təzyiqi artırmalıyıq", - deyə Sonoura bildirib.

O, vurğulayıb ki, Yaponiya ABŞ-ın mövqeyini qətiyyətlə dəstəkləyir və sanksiyaların genişlənməsinə kömək etməyə hazırdır.

Daha əvvəl ABŞ KXDR-in daha 27 şirkətini, 28 gəmisini və 1 nəfəri sanksiyalar siyahısına salıb. 

Son xəbərlər

Orphus sistemi