Yuxarı

Yanvarın 25-i Ukraynada matəm günü elan edilib

Mariupolda 30 dinc sakin, o cümlədən iki uşaq həlak olub

BAKI. 25 yanvar. REPORT.AZ/ Yanvarın 24-də Donetsk vilayətinin Mariupol şəhərinin artilleriya atəşinə tutulması ilə əlaqədar, yanvarın 25-i Ukraynada matəm günü elan edilib. Bu gün Ukrayna dövlətinin başçısı Pyotr Poroşenkonu bu barədə müvafiq fərman imzalayıb.

Xatırladaq ki, Mariupolda 30 dinc sakin, o cümlədən iki uşaq həlak olub, şəhərin daha 95 sakini, o cümlədən 9 uşaq yaralanıb. Zərərçəkmişlərin sayı artmaqdadır.

Bu gün yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00), Ukrayna xalqı həlak olanların xatirəsini bir dəqiqə sükutla yad edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi