Texniki nasazlığı olan 2 təyyarə Yakutsk aeroportuna eniş edib

Texniki nasazlığı olan 2 təyyarə Yakutsk aeroportuna eniş edib Xüsusi komissiya nasazlığın səbəblərini araşdırır
Digər ölkələr
30 dekabr 2016 03:22
Texniki nasazlığı olan 2 təyyarə Yakutsk aeroportuna eniş edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyanın Yakutsk şəhərinin hava limanına texniki nasazlıqla əlaqədar olaraq iki təyyarə eniş edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 423 nömrəli reyslə, Yakutsk-Baqatay marşrutu ilə uçan "Bombardier Q 400" təyyarəsi texniki nasazlıq səbəbindən hava limanına qayıtmağa məcbur olub.

Göyərtəsində 64 sərnişinin və 2 ekipaj üzvünün olduğu təyyarə yerli vaxtla saat 09:57-də hava limanına eniş edib. Ehtiyat təyyarənin yerli vaxtla saat 13:30-da səmaya qalxacağı bildirilir. 

Yakutsk-Ust-Nera –Moma marşrutu ilə uçan 417 nömrəli reys təyyarəsi də hava limanına qayıdıb. Buna səbəb təyyarənin sağ mühərrikində nasazlığın yaranması olub. Təyyarənin göyərtəsində 19 sərnişin və 4 ekipaj üzvü olub.

Hər iki nasazlığın səbəblərini xüsusi komissiya araşdırır.

Son xəbərlər

Orphus sistemi