​"Yahoo!" işçi ştatını 15% azaldacaq və 5 ofisini bağlayacaq

​"Yahoo!" işçi ştatını 15% azaldacaq və 5 ofisini bağlayacaq Dəyişikliklərin əksəriyyətinin 2016-cı ilin I rübündə edilməsi planlaşdırılır
Digər ölkələr
3 Fevral , 2016 03:56
​Yahoo! işçi ştatını 15% azaldacaq və 5 ofisini bağlayacaq

Bakı. 3 fevral. REPORT.AZ/ Amerikanın "Yahoo!" şirkəti işçi ştatının 15 faiz azaldılması, həmçinin 5 şəhərdə eyni sayda bölməsinin bağlanması planları barədə rəsmi məlumat yayıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilir.

" "Yahoo!" öz işçi ştatını təqribən 15 faiz azaltmaq və Dubay, Mexiko, Buenos-Ayres, Madrid və Milandakı 5 ofisinin fəaliyyətini dayandırmağı planlaşdırır", — deyə şirkətdən qeyd olunub.

Dəyişikliklərin əksəriyyətinin 2016-cı ilin I rübündə edilməsinin planlaşdırıldığı vurğulanır.

Son xəbərlər

Orphus sistemi