Xüsusi xidmət orqanları Qaşıqçının qətlinin təfərrüatlarını açıqlayıb

Xüsusi xidmət orqanları Qaşıqçının qətlinin təfərrüatlarını açıqlayıb Türkiyə xüsusi xidmət orqanları jurnalist Camal Qaşıqçının öldürüldüyü Səudiyyə Ərəbistanı konsulluğuna dinləmə cihazı yerləşdiriblər. Həmin cihazlarda cinayət planının hazırlanması və icrası qeyd olunub.
Digər ölkələr
3 Oktyabr , 2019 06:27
Xüsusi xidmət orqanları Qaşıqçının qətlinin təfərrüatlarını açıqlayıb

Türkiyə xüsusi xidmət orqanları jurnalist Camal Qaşıqçının öldürüldüyü Səudiyyə Ərəbistanı konsulluğuna dinləmə cihazı yerləşdiriblər. Həmin cihazlarda cinayət planının hazırlanması və icrası qeyd olunub.

“Report” xəbər verir ki, səs yazısına qulaq asmaq imkanı olan şəxslər “BBC”yə onun məzmunu barədə məlumat veriblər.

İngilis vəkil Helena Kennedinin sözlərinə görə, jurnalist Səudiyyə Ərəbistanının konsulluğuna gəlməmişdən əvvəl orada olan səudiyyəli məhkəmə-tibb ekspert Salah əl-Tubeyqi musiqiyə qulaq asaraq cəsədləri yarmağı sevdiyini söyləyib.

“Həyatımda ilk dəfədir ki, (cəsədi) düz yerdə kəsmək lazımdır. Bir qəssab olsan da, cəsədi yarmazdan qabaq onu çəkməlisən” – deyə, Kennedi məhkəmə-tibb ekspertin sözlərindən sitat gətirib.

Vəkil səs yazısında Camal Qaşıqçının “qurbanlıq heyvan” adlandırıldığını da bildirib.

Səs yazılarına əsasən, jurnalistə onun tutulması üçün “İnterpol”un vəsatətinin olduğu və bu əsasda Səudiyyə Ərəbistanına qayıdacağı barədə məlumat verilib. Onlar Camal Qaşıqçıdan oğluna “SMS” yazaraq onunla hər şeyin yaxşı olduğunu söyləməsini tələb ediblər. Amma jurnalist onların tələbini yerinə yetirməyib. 

Son xəbərlər

Orphus sistemi