​Xüsusi xidmət orqanları Putinin varidatının miqdarını hələ də müəyyən edə bilməyib

​Xüsusi xidmət orqanları Putinin varidatının miqdarını hələ də müəyyən edə bilməyib The Times: "Amerika administrasiyasını indiki halda Putinin varidatından daha çox onun ABŞ-a münasibəti maraqlandırır"
Digər ölkələr
19 İyul , 2015 03:42
​Xüsusi xidmət orqanları Putinin varidatının miqdarını hələ də müəyyən edə bilməyib

Bakı. 19 iyul. REPORT.AZ/ Amerikanın xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putin hələ Sankt-Peterburq rəhbərinin müavini vəzifəsində çalışarkən ona xüsusi maraq göstərməyə başlayıb.

"Report"un verdiyi xəbər görə, bu barədə Amerika Konqresindəki mənbəyə istinadən Britaniyanın "The Times" qəzeti yazır.

Qeyd olunur ki, xüsusi xidmət orqanları Putinin varidatının miqdarını hələ də müəyyən edə bilməyiblər.

"The Times" yazır ki, ötən əsrin 90-cı illərində ABŞ hökumətinin "daha vacıb işləri var idi", bu səbəbdən də xüsusi xidmət orqanlarının Rusiyalı məmurlar haqda topladığı məlumatlar diqqətdən kənarda qalmışdı.

Nəşr bildirir ki, Amerika administrasiyasını indiki halda V.Putinin varidatından daha çox onun ABŞ-a münasibəti maraqlandırır.  

Son xəbərlər

Orphus sistemi