Yuxarı

​Xüsusi xidmət orqanının generalı Vyetnam prezidenti olub

Müxalifət nümayəndələrini həbs etdiyi üçün ölkənin xüsusi xidmət orqanı tənqid hədəfinə çevrilib

Bakı. 2 aprel REPORT.AZ/ Vyetnam parlamenti aprelin 2-də ölkənin yeni prezidenti postuna general Çan Day Kuanqı təsdiqləyib.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

60 yaşlı general bundan əvvəl Vyetnam Daxili Təhlükəsizlik Xidmətinin başçısı olub.

Parlamentdə nəticələr elan edildikdən sonra yeni prezident Çan Day Kuanq Vyetnam Kommunist Partiyası və xalqına sədaqətli olacağına and içib.

O, 2011-ci ildən bu vəzifəni tutan 67 yaşlı Çıonq Tan Şanqanı əvəz edib.

Məlumata görə, müxalifət nümayəndələrini həbs etdiyi üçün ölkənin xüsusi xidmət orqanı tənqid hədəfinə çevrilib.

Qərb ölkələri Vyetnam hakimiyyətini iqtisadi yardım qarşılığında ölkə vətəndaşlarına fikir azadlığı verməyə çağırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi