Xurqada şəhərinin çimərlikləri bağlanır

Xurqada şəhərinin çimərlikləri bağlanır Misirin məşhur Xurqada kurort şəhərinin çimərlikləri akula balıqlarının insanlara hücumlarından sonra bağlanır.
Digər ölkələr
3 İyul , 2022 19:29
Xurqada şəhərinin çimərlikləri bağlanır

Misirin məşhur Xurqada kurort şəhərinin çimərlikləri köpək balıqlarının insanlara hücumlarından sonra bağlanır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, çimərliklər xüsusi lentlərlə hasarlanıb.

Turistlərə xəbərdarlıq edilir ki, köpək balıqlarının hücumu təkcə dərinlikdə deyil, həm də sahilə yaxın ərazidə baş verə bilər.

Qeyd edək ki, Misirin məşhur Xurqada kurort şəhərində köpək balığı qadına hücum edib. Köpək balığı Avstriya vətəndaşı olan qadının əl və ayaqlarını qoparıb. O, xəstəxanaya çatdırılarkən həyatını itirib.

Son xəbərlər

Orphus sistemi