Xuan Quaydo komandasının iki üzvünün oğurlandığını bildirib

Xuan Quaydo komandasının iki üzvünün oğurlandığını bildirib Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, onun komandasının iki üzvü Karakasda prezident Nikolas Maduro tərəfdarları tərəfindən oğurlanıb.
Digər ölkələr
13 İyul , 2019 06:59
Xuan Quaydo komandasının iki üzvünün oğurlandığını bildirib

Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, onun komandasının iki üzvü Karakasda prezident Nikolas Maduro tərəfdarları tərəfindən "oğurlanıb". 

“Report” TASS-a istinadən xəbər verir ki, siyasətçi belə iddia ilə özünün “Twitter” səhifəsində çıxış edib.

"Qorxaq rejim Karakasda olan və ailəmi qoruyan komandamın üzvləri Erik Sançesi və Ceyson Parisi oğurlayıb. Mən hələ ki, Truxilo ştatındayam", - deyə o yazıb.

Venesuelada siyasi vəziyyət yanvarın 23-də kəskinləşib. Parlamentin spikeri postuna təyinatının Ali Məhkəmə tərəfindən ləğv edilmiş Quaydo özünü ölkə prezidentinin vəzifələrinin icraçısı elan edib.

Daha əvvəl Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, o, ölkə prezidenti Nikolas Maduro ilə danışıq aparmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi