Xorvatiyanın maliyyə naziri koronavirusa yoluxub

Xorvatiyanın maliyyə naziri koronavirusa yoluxub Xorvatiyanın baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariçin koronavirus testi müsbət olub.
Digər ölkələr
8 Noyabr , 2021 04:15
Xorvatiyanın maliyyə naziri koronavirusa yoluxub

Xorvatiyanın baş nazirinin müavini, maliyyə naziri Zdravko Mariçin koronavirus testi müsbət olub.

“Report” xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda deyilir.

Maliyyə Nazirliyinin rəhbəri özünü yaxşı hiss edir, onda koronavirus simptomları yoxdur. Mariçə 10 günlük təcrid təyin olunub, vəzifələrini evdən yerinə yetirəcək.

Xorvatiyada epidemik vəziyyət peyvəndlərin aşağı səviyyədə olması səbəbindən pisləşməkdə davam edir. Yetkinlərin 57,46%-i (bütün ölkə vətəndaşlarının 48,02%-i) birinci mərhələ üzrə vaksinasiya olunub. Yetkinlərin 53,81%-i ikinci mərhələ üzrə vaksinasiya olunub.

Respublikada ilk koronavirusa yoluxma halı ötən il fevralın 25-də qeydə alınıb. Öllkədə koronavirusa yoluxan 501 mindən çox pasiyentn 460 minə yaxını sağalıb, 9 500 sakin fəsadlar nəticəsində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi