Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək Bu gün Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Digər ölkələr
5 Yanvar , 2020 01:20
Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Xorvatiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Dövlət başçısı postuna əvvəlki raundun nəticəsinə görə birinci və ikinci yeri tutmuş müxalifətçi Sosial Demokrat partiyasından namizəd Zoran Milanoviç (29,55%) və hazırkı prezident Kolinda Qrabar-Kitaroviç (26,65%) iddialıdır.

Xorvatiyanın Dövlət Seçki Komissiyası bildirib ki, seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılacaq. Respublikada və ondan kənarda ümumilikdə 6,5 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.

İkinci turda əksəriyyətin seçici səsini toplayacaq namizəd qalib elan ediləcək.

Son xəbərlər

Orphus sistemi