Xorvatiyada keçirilən seçkilərdə hazırkı Prezident Milanoviç qalib gəlir

Xorvatiyada keçirilən seçkilərdə hazırkı Prezident Milanoviç qalib gəlir Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç seçki məntəqələrinin 100 faizindən daxil olmuş məlumatlara əsasən, rəqibi Draqan Primoratsdan üç dəfə çox səs toplayaraq qalib gəlir.
Digər ölkələr
13 Yanvar , 2025 12:51
Xorvatiyada keçirilən seçkilərdə hazırkı Prezident Milanoviç qalib gəlir

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç seçki məntəqələrinin 100 faizindən daxil olmuş məlumatlara əsasən, rəqibi Draqan Primoratsdan üç dəfə çox səs toplayaraq qalib gəlir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Seçki Komissiyası (DSK) məlumat yayıb.

Seçki məntəqələrinin 100 faizindən daxil olmuş məlumatlara əsasən, Milanoviç 1 milyon 122 min 859 səs, hakim Xorvatiya Demokratik Birliyi (HDZ) tərəfindən dəstəklənən Primorats isə 380 min 752 səs toplayıb, faiz nisbəti göstərilməyib. Seçici fəallığı 44,18 % təşkil edib.

Milanoviç ölkənin ən böyük müxalif Sosial Demokrat Partiyasına (SDP) rəhbərlik etsə də. konstitusiyaya uyğun olaraq 2020-ci ildə vəzifəyə başladıqdan sonra onun sıralarını tərk edib.

Xorvatiya prezidenti beş il müddətinə seçilir və əsasən təmsilçilik funksiyalarını yerinə yetirir, daxili və xarici siyasəti hökumət müəyyən edir.

Son xəbərlər

Orphus sistemi