Xorvatiyada COVID-19 pasportlarının ləğvi üçün referendum keçirilə bilər

Xorvatiyada COVID-19 pasportlarının ləğvi üçün referendum keçirilə bilər Xorvatiyanın “Körpü” müxalifət partiyası COVID-19 pasportlarının ləğvi ilə bağlı referendumun təşkili və koronavirusla mübarizə üçün məhdudlaşdırıcı tədbirlər hazırlamaq səlahiyyətini parlamentə verilməsi üçün vətəndaşlardan imza toplamağa başlayıb.
Digər ölkələr
5 Dekabr , 2021 06:11
Xorvatiyada COVID-19 pasportlarının ləğvi üçün referendum keçirilə bilər

Xorvatiyanın “Körpü” müxalifət partiyası COVID-19 pasportlarının ləğvi ilə bağlı referendumun təşkili və koronavirusla mübarizə üçün məhdudlaşdırıcı tədbirlər hazırlamaq səlahiyyətini parlamentə verilməsi üçün vətəndaşlardan imza toplamağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “HRT” televiziyası məlumat yayıb.

Partiya ölkə üzrə vətəndaşların imzalarının toplanması üçün 1,2 minə yaxın yer təşkil edib. Referendumun keçirilməsi üçün yaxın iki həftə ərzində Xorvatiya sakinlərinin 370 min səsini toplamaq lazımdır.

COVID-19 pasportlarına alternativ olaraq partiya nümayəndələri PCR testinin, kütləvi tədbirlərdə və ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi