Xorvatiya hakimiyyəti Ukraynadan 20 min qaçqını qəbul etmək üçün büdcədən təxminən 173 milyon avro ayıra bilər.
"Report" xəbər verir ki, bu barədə "Jutarnji list" yerli qəzeti məlumat yayıb.
Bu rəqəm təxmini olsa da, bir il ərzində 20 min qaçqına müxtəlif növ yardımların göstərilməsini ehtiva edir.
Eyni zamanda qeyd edilir ki, hazırda Ukraynadan gələn cəmi 10 minə yaxın insan Xorvatiyada şəxsi mənzillərdə və mini otellərdə məskunlaşıb.
Hazırda Ukraynadan olan hər bir qaçqının qəbulu Xorvatiya büdcəsinə gündəlik orta hesabla 143 kuna (19 avro) başa gəlir.