Xorvatiya Qərbi Avropaya yollanan miqrantlara "kömək edəcək"

Xorvatiya Qərbi Avropaya yollanan miqrantlara "kömək edəcək" Almaniyaya getmək istəyən miqrantlar Xorvatiyaya üz tutub
Digər ölkələr
16 Sentyabr , 2015 21:09
Xorvatiya Qərbi Avropaya yollanan miqrantlara kömək edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Xorvatiya ölkəyə gələn miqrantlara Avropa İttifaqının başqa dövlətlərinə keçməyə icazə verəcək. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, baş nazir Zoran Milanovic Serbiyadan 150 adamın Xorvatiyaya gəldiyi barədə məlumatı təsdiq edib.

“Onlar (miqrant və qaçqınlar) Xorvatiyadan keçə biləcəklər və biz onlara kömək edəcəyik. Biz buna hazırıq”, - baş nazir deyib.

Almaniyaya getmək istəyən miqrantlar Macarıstan Serbiya ilə sərhədini bağladıqdan sonra Xorvatiyaya üz tutub.

Macarıstan Serbiya ilə sərhədi bağladıqdan sonra, Almaniyaya getmək istəyən minlərlə qaçqının yolu qapanıb. Miqrantlar burada açıq havada və ya müvəqqəti çadırlarda gecələyiblər. Daha sonra avtobuslar onların bir qismini Xorvatiya ilə sərhədə gətirib.

Serbiya mətbuatı bildirib ki, avtobuslar miqrantları Xorvatiya ilə sərhədə daşıyır. Miqrantlar buradan Sloveniyaya, sonra Avstriyaya və nəhayət Almaniyaya getməyi planlayırlar. Həmçinin təkliflər var ki, Rumıniya da yeni marşrut ola bilər.

Son xəbərlər

Orphus sistemi