​Xorvatiya müxalifəti parlament seçkilərində qalib gəldiyini bəyan edib

​Xorvatiya müxalifəti parlament seçkilərində qalib gəldiyini bəyan edib "Biz parlament seçkilərində qalib gəldiyimizi deyə bilərik"
Digər ölkələr
9 Noyabr , 2015 07:01
​Xorvatiya müxalifəti parlament seçkilərində qalib gəldiyini bəyan edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Başda Xorvat Demokratik Birliyi olmaqla sağçı müxalifət partiyaları koalisiyası parlament seçkilərində qələbə qazandığını bəyan edib.

"Report" xəbər verir ki, müxalifət təqribən 60 seçki məntəqəsində səslərin hesablanmasından sonra 151 yerlik parlamentdə 61 mandat qazanır ki, bu da hakim sağmərkəzçilərdən 7-8 mandat çoxdur.

"Biz parlament seçkilərində qalib gəldiyimizi deyə bilərik", - deyə partiya lideri Tomislav Karamarko tərəfdarlarına müraciət edərək bildirib.

O qeyd edib ki, vətəndaşların 2/3 hissəsi dəyişikliyin lehinə səs verib.

Son xəbərlər

Orphus sistemi