Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir

Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir Xorvatiya İsveç və Finlandiyanın NATO-ya daxil olmasına mane olmaq niyyətindədir.
Digər ölkələr
19 May , 2022 08:08
Xorvatiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir
Zoran Milanoviç

Xorvatiya İsveç və Finlandiyanın NATO-ya daxil olmasına mane olmaq niyyətindədir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Xorvatiya Prezidenti Zoran Milanoviç hər iki ölkənin NATO-ya daxil olmasına qəti şəkildə qarşı çıxıb. O, NATO-dakı səfirinə alyansın yeni potensial üzvlərinə qarşı çıxmaq üçün təlimatlar yazmağa hazır olduğunu bildirib.

"Onda mənə qalan Xorvatiya səfirinə (NATO yanındakı – red.) göstəriş yazmaq, onu çətin vəziyyətə salmaqdır. Əgər o, sülh istəyirsə, mandatı qaytarsın", - Milanoviç deyib.

Xorvatiya Prezidenti vurğulayıb ki, NATO İsveç və Finlandiyanı qəbul etməzdən əvvəl Bosniya və Herseqovinada seçki qanunvericiliyində islahatların aparılması məsələsini həll etməlidir.

"Biz öz maraqlarımız üçün mübarizə aparmalıyıq", - Milanovic deyib.

Xorvatiya Prezidenti Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoymağa hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi