XİN başçısı: “Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur”

XİN başçısı: “Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur” “Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur”.
Digər ölkələr
23 iyun 2023 12:27
XİN başçısı: “Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur”

“Fransanın Əlcəzairin daxili işlərinə qarışmaq hüququ yoxdur”.

“Report” “The New Arab”a istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Əhməd Ataf Romaya rəsmi səfəri zamanı İtaliyanın “Nova” xəbər agentliyinə bildirib.

Əlcəzairli nazir Fransa xarici işlər naziri Ketrin Kolonnanın bu ölkənin dövlət himninin sözlərinə yenidən baxmasını tənqid etməsindən heyrətləndiyini bildirib.

“Fransadakı bəzi partiyalar və ya siyasətçilər Əlcəzairin siyasi məqsədlər üçün asan bir mövzuya çevrildiyi təəssüratındadırlar”, - o vurğulayıb.

Qeyd edək ki, Əlcəzairin dövlət himninə əlavə edilmiş bənddə Fransa və “hesablaşma günü” ilə bağlı ifadə var. Əlcəzairin dövlət himni 1962-ci ildə qəbul edilib. Bu bənd Parislə gərginlik yaratmamaq məqsədilə himndən çıxarılsa da, sonradan əlavə olunub.

“Zamanın konteksti bunu izah etsə belə, deməliyəm ki, bu bəndin əlavə edilməsi bir az köhnəlmiş kimi görünmürmü?”, - K.Kolonna bildirmişdi.

Son xəbərlər

Orphus sistemi