XİN rəhbəri: “Mövcud problemlərin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi lazımdır”

XİN rəhbəri: “Mövcud problemlərin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi lazımdır” Mövlud Çavuşoğlu: “Körfəzin, bölgənin sabitliyi, birliyi və bərabərliyi Türkiyənin biriliyi, bərabərliyidir”
Digər ölkələr
5 İyun , 2017 19:12
XİN rəhbəri: “Mövcud problemlərin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi lazımdır”

Bakı. 5 iyun. REPORT.AZ/ “Biz körfəzin, bölgənin sabitliyi, birliyi və bərabərliyini öz dövlətimizin biriliyi, bərabərliyi kimi görürük”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkəyinin xarici ilər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriellə Ankarada keçirdiyi birgə mətbuat konfransında Qətərlə 7 ərəb dövləti arasında diplomatik əlaqələrin kəsilməsi məsələsinə münasibət bildirərkən vurğulayıb.

“Bu vəziyyət hamımızı kədərləndirir. Düzdür, üzləşdiyimiz bir sıra məsələlər var. Əlbəttə, dövlətlər arasında problemlər ola bilər. Ancaq mövcud problemlərin sülh yolu ilə həllinin tapılması üçün bütün şəraitdə danışıqların davam etdirilməsi lazımdır. Bu vəziyyətdən kədərləndik və hər cür dəstəyi verməyə hazırıq” - o bildirib.

Ümumiyyətlə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn,Yəmən, Liviya və Maldiv Respublikası Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək, onunla diplomatik münasibəti kəsib.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Ancaq Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Son xəbərlər

Orphus sistemi