XİN: Çin İnterpol ilə əməkdaşlığı davam etdirmək niyyətindədir

XİN: Çin İnterpol ilə əməkdaşlığı davam etdirmək niyyətindədir Bakı. 8 oktyabr. REPORT.AZ/ Çin İnterpol ilə əməkdaşlığı davam etdirəcək və cinayətkarlıqla mübarizədə bütün zəruri yardımı göstərəcək.
Digər ölkələr
8 Oktyabr , 2018 13:02
XİN: Çin İnterpol ilə əməkdaşlığı davam etdirmək niyyətindədir
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Çin İnterpol ilə əməkdaşlığı davam etdirəcək və cinayətkarlıqla mübarizədə bütün zəruri yardımı göstərəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan bildirib.

O əlavə edib ki, İnterpolun sabiq prezidenti ilə bağlı istintaq Çin qanunvericiliyinə tam uyğun çəkildə aparılacaq. XİN rəsmisinin sözlərinə görə, İnterpolun başçısı ilə bağlı hal Çində korrupsiyaya qarşı mübarizənin parlaq nümayişidir.

Xatırladaq ki, daha əvvəl Çinin İctimai Təhlükəsizlik Nazirliyi İnterpolun sabiq prezidenti, Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Huneyin rüşvət almaqda şübhəli bilindiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi