XİN başçısı: "Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılır"

XİN başçısı: "Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılır" Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılır.
Digər ölkələr
29 May , 2019 17:37
XİN başçısı: Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılır

"Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılır". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa Milli Assambleyasının Xarici məsələlər komissiyasının iclasında deyib. 

Nazir onların arasında uşaqların da olduğunu və yalnız valideynini itirmiş, yaxud anasının razılığı olan uşaqların Fransaya qaytarıla biləcəyini bildirib: "Rəsmi Paris Suriyaya döyüşməyə gedən kişi və həyat yoldaşlarını geri qəbul etməyəcək. Bu məsələdə fikrimizi dəyişməyəcəyik. Onlar qətl törətdikləri yerdə mühakimə olunmalıdırlar".

Qeyd edək ki, son bir həftədə İraq məhkəməsi terrorçu İŞİD qruplaşmasına üzvlükdə təqsirləndirilən Fransanın 7 vətəndaşı barəsində ölüm hökmü çıxarıb. Rəsmi Paris ölkə vətəndaşları barəsində çıxarılmış edam hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi