XİN başçısı: "Qazaxıstan BMT-nin Yaxın Şərqdəki sülhməramlı missiyasında iştirakını artıra bilər"

XİN başçısı: "Qazaxıstan BMT-nin Yaxın Şərqdəki sülhməramlı missiyasında iştirakını artıra bilər" Bakı. 2 noyabr. REPORT.AZ/ Qazaxıstan Yaxın Şərqdəki BMT sülhməramlı missiyasında iştirak etmək üçün polis göndərmək məsələsini araşdırır.
Digər ölkələr
2 Noyabr , 2018 14:29
XİN başçısı: Qazaxıstan BMT-nin Yaxın Şərqdəki sülhməramlı missiyasında iştirakını artıra bilər
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Qazaxıstan Yaxın Şərqdəki BMT sülhməramlı missiyasında iştirak etmək üçün polis göndərmək məsələsini araşdırır.

“Report” “TengriNews”a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Kayrat Əbdürəhmanov bildirib.

“Qazaxıstan parlamenti BMT-nin Yaxın Şərq və başqa yerlərdəki missiyalarında hərbi müşahidəçi qismində zabitləri, habelə orada iştirak edəcək qərargah zabitlərini göndərmək barədə qərar vermişdi. Qazaxıstanın sülhyaratma fəaliyyətinə töhfələrinin mərhələli şəkildə artırılması imkanları nəzərdən keçirilir. Orta perspektivdə polis gücü göndərmək məsələsinin müzakirəsi gözlənilir”,-  nazir deyib.

Qazaxıstan XİN-in məlumatına görə, oktyabrın 31-də bu ölkənin 120 nəfərlik sülhməramlı bölüyü BMT-nin Livanda Müvəqqəti Qüvvələri (UNİFİL) missiyasında Qazaxıstanla Hindistanın müştərək sülhməramlı taborunun tərkibində fəaliyyət göstərmək üçün gəlib. Həmin tabor Livanın Suriya və İsraillə sərhədində yerləşdirilən “Şərq” beynəlxalq sülhməramlı qüvvələri briqadasına tabe ərazinin şərq cinahında fəaliyyət göstərir.

“Bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. İlk dəfədir Qazaxıstan hərbçiləri BMT-nin sülhməramlı missiyasında iştirak edir”,- nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi