XİN başçısı: "Almaniya, Fransa və Böyük Britaniya İran məsələsində razılaşaraq ABŞ ilə dialoq aparacaq"

XİN başçısı: "Almaniya, Fransa və Böyük Britaniya İran məsələsində razılaşaraq ABŞ ilə dialoq aparacaq" Almaniyalı nazir: "Berlin, Paris və London İranın nüvə proqramı üzrə sazişi saxlamaq niyyətindədir"
Digər ölkələr
13 Noyabr , 2017 12:29
XİN başçısı: Almaniya, Fransa və Böyük Britaniya İran məsələsində razılaşaraq ABŞ ilə dialoq aparacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniya, Fransa və Böyük Britaniya İranın nüvə proqramı ilə bağlı məsələdə razılaşaraq ABŞ ilə dialoq aparmaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü öncəsi bildirib.

"Bu gün fransalı və britaniyalı həmkarlarımızla, eləcə də Avropa diplomatiyasının rəhbəri Federiko Mogerini ilə birlikdə razılığı qoruyub saxlamaq üçün ABŞ ilə dialoqa necə gedəcəyimiz müzakirə edəcəyik", - Z.Qabriel vurğulayıb.

Onun sözlərinə görə, tərəflər, həmçinin İranın regiondakı rolunu müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi