​Xarkovdan Kiyevə gedən qatar relsdən çıxıb

​Xarkovdan Kiyevə gedən qatar relsdən çıxıb Ölən və yaralanan yoxdur
Digər ölkələr
28 Aprel , 2015 22:54
​Xarkovdan Kiyevə gedən qatar relsdən çıxıb

Bakı. 28 aprel. REPORT.AZ/ Çərşənbə axşamı Xarkov-Kiyev marşrutu üzrə hərəkət edən "Hyundai" markalı sürət qatarı relsdən çıxıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

"Report" xəbər verir ki, bu barədə qatar sərnişininə istinadən "Qromadske TV" məlumat yayıb.

"İnformasiyaya görə, qatar 20 kilometrdən sonra asta getməyə başlayıb, daha sonra üçüncü vaqon tamamilə relsdən çıxıb. Yolun üzərindəki məntəqə yaxınlığında təmir texnikası olub. İnsident nəticəsində zərərçəkən olmayıb", - deyə telekanalın məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi