Xarkovda törədilən partlayışla bağlı 4 nəfər saxlanılıb

Xarkovda törədilən partlayışla bağlı 4 nəfər saxlanılıb İki nəfərin öldüyü terror aktı bağlı anti-terror əməliyyatı davam edir
Digər ölkələr
22 Fevral , 2015 18:58
Xarkovda törədilən partlayışla bağlı 4 nəfər saxlanılıb

Bakı. 22 Fevral. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində dinc yürüş zamanı törədilən partlayışla bağlı dörd nəfər şübhəli saxlanılıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadla verdiyi xəbərə görə, Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bildirib ki, saxlanılanların üzərində qanunsuz silah aşkarlanıb.

Turçinovun sözlərinə görə, iki nəfərin öldüyü, ondan çox insanın yaralandığı partlayışla bağlı anti-terror əməliyyatı davam edir.

Xarkov vilayət Prokurorluğu faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlayıb.

Qeyd edək ki, fevralın 22-də "Avromaydan" hadisələrinin ildönümü münasibətilə Xarkovda 500 nəfərin iştirakı ilə yürüş keçirilib.

Son xəbərlər

Orphus sistemi