Xarkovda bir gecədə üç “sovet heykəli” uçuruldu

Xarkovda bir gecədə üç “sovet heykəli” uçuruldu “The Washington Times” qəzeti iddia edir ki, Rusiyanın növbəti "hədəfi" məhz bu Ukrayna şəhəri olacaq
Digər ölkələr
12 Aprel , 2015 12:42
Xarkovda bir gecədə üç “sovet heykəli” uçuruldu

Bakı. 12 aprel. REPORT.AZ/ Ötən gecə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda sovet liderlərinə qoyulmuş üç heykəl dağıdılıb.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, bundan bir gün əvvəl parlament (Rada) Ukraynada “kommunust və faşist təbliğatının və hər cür sovet rəmzlərinin qadağanı barədə qanun” qəbul edib.

Qanunun qüvvəyə minməsi üçün onun prezident Petro Poroshenko tərəfindən imzalanması tələb olunur, lakin belə görünür ki, parlament aktının icrasına dərhal başlanıb.

Artıq bundan əvvəl də Ukraynanın bir-neçə başqa şəhərlərində Leninin heykəlləri dağıdılıb.

Son xəbərlər

Orphus sistemi