Xabarovskdan Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb

Xabarovskdan Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb Rusiyanın Xabarovsk şəhərindən Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb.
Digər ölkələr
27 Yanvar , 2020 11:24
Xabarovskdan Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb

Rusiyanın Xabarovsk şəhərindən Moskvaya uçan təyyarədə bomba həyəcanı yaşanıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, hava gəmisində partlayıcı qurğu olması barədə məlumat daxil olub. 

Ona görə də təyyarə Xabarovsk aeroportuna geri qayıdıb. “Aeroflot” şirkətinə məxsus təyyarə artıq eniş edib.

Təyyarədə 262 sərnişin və 10 ekipaj üzvü olub.

Hadisə barədə əlavə məlumat verilməyib. 

Alparslan Öztürk

Son xəbərlər

Orphus sistemi