WSJ: Tramp Rusiyanın və İranın Suriyadakı obyektlərinə zərbə endirilməsi imkanını nəzərdən keçirib

WSJ: Tramp Rusiyanın və İranın Suriyadakı obyektlərinə zərbə endirilməsi imkanını nəzərdən keçirib Bakı. 16 aprel. REPORT.AZ/ Ötən həftə Dəməşqə qarşı güc tətbiqinin üç müxtəlif versiyası, o cümlədən Rusiyanın və İranın Suriyadakı Hava Hücumundan Müdafiə (HHM) obyektlərinə zərbə endirilməsi variantının nəzərdən keçirilməsi üçün ABŞ Prezidenti Donald Trampa təklif edilib. Donald Tramp ötən həftənin şənbə günü həyata keçirilmiş hibrit versiyasını yekun olaraq təsdiqləyib.
Digər ölkələr
16 Aprel , 2018 09:29
WSJ: Tramp Rusiyanın və İranın Suriyadakı obyektlərinə zərbə endirilməsi imkanını nəzərdən keçirib

Bakı. 16 aprel. REPORT.AZ/ Ötən həftə Dəməşqə qarşı güc tətbiqinin üç müxtəlif versiyası, o cümlədən Rusiyanın və İranın Suriyadakı Hava Hücumundan Müdafiə (HHM) obyektlərinə zərbə endirilməsi variantının nəzərdən keçirilməsi üçün ABŞ Prezidenti Donald Trampa təklif edilib. Donald Tramp ötən həftənin şənbə günü həyata keçirilmiş hibrit versiyasını yekun olaraq təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin bazar günü işıq üzü görmuş nömrəsində yazılıb.

WSJ-nin məlumatına görə, Ağ evdə ABŞ-ın müdafiə naziri Ceyms Mettis tərəfindən üç variant təqdim olunub. D.Tramp yekunda C.Mettisin ehtiyatlı olmaq çağırışlarına məhəl qoyaraq qarışıq versiyanı təsdiqləyib. Belə ki, ABŞ prezidenti lap əvvəldə ən ağır zərbə ssenarisinə meyil göstərirmiş.

Son xəbərlər

Orphus sistemi