Yuxarı
    Bağlamaq

    WSJ: Obama və Xameneyi arasında məktub yazışması olub

    Nə Ağ Ev, nə də İran hökuməti iki lider arasında yazışma haqda məlumatları hələlik təsdiq etməyib

    Bakı. 15 fevral. REPORT.AZ/ "The Wall Street Journal" qəzetinin bildirdiyinə görə, İranın Ali dini rəhbəri və ABŞ prezidenti iki ölkə nüvə proqramına dair razılıq əldə etməyə çalışdığı bir vaxt məktub vasitəsilə yazışma aparıb.

    “Report” Amerikanın Səsi-nə istinadən xəbər verir ki, qəzetdə dərc edilmiş məqaləyə əsasən, Ayətullah Xamenei ABŞ prezidenti Barak Obamadan tərəfindən gələn təşəbbüslərə cavab verib.

    Cənab Xameneyi ABŞ liderinin ona oktyabr ayında göndərdiyi məktuba bu yaxınlarda göndərdiyi məktubda nüvə proqramına dair razılığın əldə edildiyi halda, ABŞ və İran arsında İslam Dövləti qrupuna qarşı mübariəzədə əməkdaşlığın mümkünlüyü məsələsini qaldırıb.

    Adının açıqlanmadığı İran diplomatı The Wall Street Journal qəzetinə ali dini rəhbərin cənab Obamaya ehtiramla cavab verdiyini, lakin bununla heç bir təəhhüd götürülmədiyini deyib.

    Qəzetin yazdığına əsasən, cənab Xameneyinin cənab Obamaya bundan əvvəl məktub göndərməsi haqda da məlumatlar verilib. Ağ Evdə anonim mənbə 2009-cu ildə İran liderindən belə bir məktubun olduğunu təsdiq edib.

    Nə Ağ Ev, nə də İran hökuməti iki lider arasında yazışma haqda məlumatları hələlik təsdiq etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi