Yuxarı

WikiLeaks: ABŞ kəşfiyyatı Fransanın son üç prezidentini izləyib

Amerika kəşfiyyatı Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləyib

Bakı. 24 İyun. REPORT.AZ/ WikiLeaks saytı növbəti qalmaqala imza ataraq, ABŞ kəşfiyyatının Fransanın son üç prezindetini izlədiyini təsdiq edən məxfi sənədləri yayıb.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, WikiLeaks-in sənədlərinə əsasən amerika kəşfiyyatı Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləyib.

Məsələyə münasibət bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, təəccüblənmədiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi